Fəaliyyət göstərməyən KİV-lərin qeydiyyatının ləğvi üçün müraciət ediləcək

Azərbaycanın Mətbuat Şurası fəaliyyət göstərməyən kütləvi informasiya vasitələrinin qeydiyyatının ləğvi üçün ilin sonuna qədər Ədliyyə Nazirliyinə müraciət edəcək. “İndi ölkədə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınaraq daimi fəaliyyət göstərən qəzetlərin sayı 500-ə yaxındır”, – çərşənbə günü Trend News-a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Trånd Nåws-un àràyışı: Azərbaycanda 3300-dən çîõ kütləvi infîrmàsyià vàsitəsi qåydiyyàtdàn kåçib. Hàzırdà înlàrdàn 600-ə yàõını fəaliyyət göstərir. Təõminən 400-ə qədər qəzåt və jurnàl dərc îlunur, 20-dən yuõarı tålåkànàl fəàliyyət göstərir. Àzərbàycàndà 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vàr. Qalanları isə internet resurslarıdır.

Amaşovun sözlərinə görə, daimi fəaliyyət göstərən qəzetlərin 30-u gündəlik çap olunur. “50-dən çoxu həftəlik qəzetlərdir. Qalanları müvafiq vaxtlarda çap olunur, təxminən yüzə qədəri isə uzun müddətdir fəaliyyət göstərmir”, – şura sədri əlavə eidb.

Şura sədri deyib ki, hazırda qeydiyyatdan keçən bütün kütləvi informasiya vasitələri ilə bağlı ciddi araşdırmalar aparılır. “Biz ilk növbədə həmin KİV-lərin son iki ildə fəaliyyət göstərib-göstərmədiyini dəqiqləşdirməliyik. Bunun üçün nəşriyyatlarda və mətbələrdə araşdırmalar aparılmasına ehtiyac var. Fikrimcə, prosesi ilin sonuna qədər yekunlaşdıra biləcəyik”, – Amaşov vurğulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO