Ermənistan girov götürdüyü Qazax sakinini Azərbaycana qaytarıb

Bu il noyabrın 12-də Ermənistan hərbçiləri tərəfindən girov götürülən Qazax rayonu Alpout kənd sakini Telman Əliyev Azərbaycana qaytarılıb. Bu barədə APA-ya Qazax Rayon İcra Hakimiyyəti başçısının Bala Cəfərli kəndi üzrə icra nümayəndəsi Barat Vəliyev bildirib. O deyib ki, girovun qaytarılması prosesi Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfdən İcevan rayonunun Kayan qəsəbəsi ilə Qazaxın Bala Cəfərli kəndi arasında yerləşən təmas xəttində həyata keçirilib.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Qazax rayon sakini 41 yaşlı Telman Cavanşir oğlu Əliyevin noyabrın 12-də səhər 07.45 radələrində Tavuş vilayəti istiqamətində sərhədi keçdiyini bildirib.

APA.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO