Ermənistan Azərbaycanın qarşısında duruş gətirə bilməyəcək

Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri hesab edir ki, Ermənistan lobbisinin gücü ilə belə hərəkət edir.
“Mən hesab edirəm ki, bunun heç bir mənası yoxdur. Sadəcə olaraq onlar bu yolla bu məsələnin həllinə zərbə vurmaq istəyirlər. Təəssüf edirəm ki, onlar məsələnin uzadılması baxımından buna müəyyən qədər də nail olurlar”, Trend-in məlumatına görə, bunu birinci vitse-spiker Ziyafət Əsgərov ABŞ-ın bir sıra ştatlarında ermənilər tərəfindən Dağlıq Qarabağın müstəqil bir dövlət kimi tanıdılması cəhdlərinə münasibət bildirərkən deyib.
Onun fikrincə, buna baxmayaraq, hər bir halda Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.
Əsgərov qeyd edib ki, bu məsələnin özü habelə Ermənistanın da ziyanınadır, çünki Ermənistan gündən-günə müflüsləşən, tükənməkdə olan bir ölkədir.
Birinci vitse-spiker bildirib ki, Ermənistanda əhali resursu demək olar ki, cuzi bir miqdarda qalıb. Ermənilər özləri də başa düşməlidirlər ki, bu münaqişə nə qədər uzanırsa, bu onların özlərinə ziyandır.
Əsgərov vurğulayıb ki, Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi bir mərkəzə çevrilib, gündən-günə inkişaf edir, Ermənistan isə bütün layihələrdən kənarda qalıb.
“Ermənistan bunu görür. İşğalçı ölkə bütün regional tədbirlərdən məhrum olub. Ona görə Ermənistan bu barədə fikirləşməlidir. Orada ağıllı bir adam qalıbsa, oturub 1-2 ildən sonra Ermənistanı nə gözlədiyini fikirləşməlidir. Bizim analitik nəticələrimiz göstərir ki, 1-2 ildən sonra Ermənistan demək olar ki, dövlət atributlarından məhrum olacaq. Ermənistan sözü gedən müddət ərzində dövlət deyil, sadəcə bir qurum səviyyəsində fəaliyyət göstərəcək”, – Əsgərov deyib.
O, belə olan təqdirdə Ermənistanın Azərbaycanın qarşısında duruş gətirə bilməyəcəyini əlavə edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO