Ermənilər cəbhə xəttində təlimlərə başlayıblar

Toplar, tank və “Qrad” qurğularından müxtəlif hədəflərə doğru atəş açılır

Bu gün saat 11:30-dan etibarən Ermənistan silahlı qüvvələri Ağdamın işğal altındakı Uzundərə adlanan ərazisində hərbi təlimlərə başlayıblar.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, təlimlərdə əsasən artilleriya silahlarından istifadə edilir. Toplar, tank və “Qrad” qurğularından müxtəlif hədəflərə doğru atəş açılır.

Təlimin keçirildiyi ərazi Ağdamın cəbhə xəttində yerləşən yaşayış məntəqələrindən təqribən 5 km aralı olduğu üçün atəş səsləri rayonun cəbhə xəttindəki bütün ərazilərində aydın eşidilir. Təlim davam edir.

Şahin Rzayev/ANS PRESS/

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO