Erməni silahlı bölmələri cəbhə xəttində gərginliyi artırmaq cəhdləri davam edir

Azərbaycan Silahlı Qüvvələri erməni silahlı bölmələrinə atəşlə cavab verib.
Müdafiə Nazirlyinin mətbuat xidmətindən Tend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berkaber rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndi yaxınlığında yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun işğal olunmuş Mərzili, Şuraabad, Füzuli rayonunun Horadiz, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO