“Ermənistan Aİİ-yə iqtisadi problemlər gətirəcək “

Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) inkişaf üçün perspektivdən daha çox iqtisadi problem gətirəcək. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın “The Los Angeles Times” qəzetində dərc olunmuş “Putin Avropa bloku ilə rəqabət apararaq Aİİ-nin sərhədlərini genişləndirir” başlıqlı məqalədə deyilir.

Qəzet yazır ki, Rusiya Avropa İttifaqı ilə rəqabət aparmağa cəhd edərək Aİİ-ni genişləndirir: “Keçmiş sovet respublikalarının belə ittifaqı Aİ-yə zidd olaraq düşünülüb. Aİ-nin siyasi və iqtisadi “birliyi” Rusiya sərhədlərinədək çatıb. Söhbət “soyuq müharibə” dövründə qarşılıqlı İqtisadi Şuranın tərkibinə cəlb edilmiş Şərqi Avropa və Baltikyanı ölkələrdən gedir”.

Məqalədə deyilir: “Keçmiş sovet blokunun ən kasıb ölkəsi olan Qırğızıstanın Aİİ-yə üzv olması bu təşkilatın kollektiv şəkildə çiçəklənməsinə xidmət etmir. Ermənistan isə inkişaf üçün perspektivdən daha çox Aİİ-yə iqtisadi problemlər gətirəcək. Azərbaycanla hərbi münaqişəsi olan Ermənistanda adambaşına düşən ÜDM 6,3 dollardır”.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO