«ELS» Müstəqil Araşdırmalar Mərkəzi keçirdiyi ekspress rəy sorğusunun nəticələrini açıqlayıb

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi ölkədə seçkiqabağı vəziyyətin öyrənilməsi ilə bağlı oktyabrın 2-6 tarixlərində növbəti ümumrespublika eksperss rəy sorğusu keçirib. Sorğuda bütün dairələri əhatə etmək şərti ilə 12500 respondent iştirak edib. Ekspress rəy sorğusu Azərbaycanda ictimai-siyasi vəziyyətin, həmçinin oktyabrda keçiriləcək prezident seçkisində ölkə vətəndaşlarının səs verəcəkləri namizədlə bağlı fikir və düşüncələrinin aşkar edilməsinə yönəlib. Həmçinin, ekspress rəy sorğusunda iştirak edən respondentlərin fikir və mülahizələrinə söykənən məlumatlar tədqiqatın əsas mövzusu olmaqla «ELS» Müstəqil Araşdırmalar Mərkəzinin əməkdaşları tərəfindən araşdırılaraq təhlil edilib.
Ekspress rəy sorğusunun nəticələrinə görə, respondentlərin 86,0 faizi səsverdə iştirak edəcəklərini bildirib. «Səsvermədə iştirak edəcəyimi hələ dəqiqləşdirməmişəm» deyənlər isə sorğuda 7,5 faiz təşkil edib. Səsvermədə iştirak etməyəcəklərini bildirənlərin sayı isə ümumi göstəricinin 6,3 faiz qədərində olub. Bundan başqa öz seçimini gizli saxlamağa üstünlük verənlər də olub. Onlar sorğuda iştirak edənlərin 0,2 faizini təşkil edib.
Seçkilərdə iştirak edəcəklərini deyənlərin səsləri aşağıda göstərilən kimi paylanıbdır. Rəyi soruşulanların 82,50 faizi namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyevə səslərini verəcəklərini bildirib. Namizədlər arasında onun ən yaxın izləyicisi namizədliyini fərdi şəkildə irəli sürən Qulamhüseyn Əlibəyli 5,21 faiz səslə ikinci yeri tutub.
Üçüncü yeri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev 4,28 faiz səslə qazanıb. Prezidentliyə iddialıların reytinq cədvəlində Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafayev (Qəzənfəroğlu) 3,96 faiz səs toplamaqla 4-cü yerdə qərarlaşıb. Ümid Partiyasının namizədi İqbal Ağazadəyə verilən səslərin sayı bu sorğuda azalaraq 3,15 faiz təşkil edib. Bu sıralamada sonuncu yerlərin sahibləri 0,54 faiz səs toplamaqla Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev və 0,36 faiz səslə Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev olub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO