Elmira Süleymanova: ““İnformasiya almaq haqqında” qanunun daha səmərəli şəkildə həyata keçirilməsini istəyirik”

“Ombudsman informasiya almaq hüququ üzrə nəzarəti, “İnformasiya almaq haqqında” qanunun həyata keçirilməsinə şəraitin yaradılmasını və bu qanundan hamının yararlanmasını həyata keçirəcək. Artıq bu istiqamətdə müzakirələrə başlanılıb”.

Məlumata görə, bunu jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova deyib.

E. Süleymanova qeyd edib ki, Ombudsman Aparatında struktur dəyişikliyi olduqda burada jurnalistlər də təmsil olunacaq: ““İnformasiya almaq haqqında” qanunun daha səmərəli şəkildə həyata keçirilməsini istəyirik. Mənə elə gəlir ki, aparılan müzakirələr öz nəticəsini verəcək”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO