Elmar Məmmədyarov Argentinanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın ölkəmizə yeni təyin olunmuş səfiri Karlos Dante Rivanı qəbul etmişdir.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Məmmədyarov argentinalı diplomatı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik etmiş və onun fəaliyyətinin ölkələrimiz arasındakı münasibətlərin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirmişdir. Xarici işlər naziri iki ölkə arasındakı münasibətlərin genişlənməsindən məmnun olduğunu vurğulamış və bir çox sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün imkanların olduğunu qeyd etmişdir.

Argentinanın səfiri Karlos Dante Riva ölkəsinin Azərbaycanla münasibətlərə mühüm önəm verdiyini qeyd edərək, ölkəmizdə səfir kimi fəaliyyəti ərzində ikitərəfli əlaqələrin inkişafı istiqamətində səylər göstərəcəyini vurğulamışdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO