Elmar Məmmədyarov Moldovanın yeni səfiri ilə görüşüb

Elmar Məmmədyarov Moldovanın yeni səfiri ilə görüşübXarici işlər naziri Elmar Məmmədyarov Moldovanın Azərbaycana yeni təyin olunmuş səfiri George Leukanı qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə G.Leuka etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

Səfir diplomatik fəaliyyəti müddətində Azərbaycanla Moldova arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

E.Məmmədyarov G.Leukaya diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO