EL ” hərəkatının ittihamları köhnəlmiş praktikanın elementləridir

Ana Vətən Partiyasının sədri “EL” hərəkatının iqtidara qarşı ittihamlarını köhnəlmiş praktikanın elementləri hesab edir.
“Bu, çox köhnəlmiş, həm də gülüş doğuran bir praktikanın görüntüləridir. Əslində “EL” hərəkatı özünün yaranışı və fəaliyyəti ilə Azərbaycan iqtidarı üçün hər hansı bir ciddi, hətta deyərdim ki, cüzi xarakter daşıyan problem yaratmayıb”, – bu barədə Trend-ə Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
O qeyd edib ki, Azərbaycan demokratik ölkədir, burada müxtəlif adlar altında müxtəlif insanların cəmləşmək, toplaşmaq, fikir mübadiləsi aparmaq, eyni zamanda siyasi proseslərdə həmin qurumların vasitəsi ilə iştirak etmək hüququ var və bu Konstitusiya ilə tam şəkildə təsbit olunub. Onun sözlərinə görə, həmin “EL” hərəkatının yaranmasında da, onun təqdimatında da bəlli olduğu kimi hər hansı bir problem yaşanmadı.
Ağamalı hesab edir ki, “EL” hərəkatı sadəcə cəmiyyətin diqqətini özünə cəlb etmək, daha çox əzabkeş obrazı yaratmaq, daha çox indiki iqtidarla barışmaz mövqe nümayiş etdirdiyinə görə təhlükəyə məruz qalmaq görüntüsünü yaratmağa çalışır və bununla da diqqəti özünə cəlb etməyə səy göstərir.
“EL” hərəkatının ofisindən çıxarılması ilə bağlı ittihamlarına münasibət bildirən Ağamalı onların əsassız olduğunu bildirib.
“Hakimiyyətin nə onları bu və ya digər yerdən, ofisdən məhrum etməyə, nə də onlara qarşı bu və ya digər şəkildə təzyiqlər göstərməyə marağı var. Ona görədə “EL” hərəkatından KİV-ə verilən bu cür məlumatların əsası yoxdur. Bunların hamısı düşünülmüş praktikanın elementləridir”, – Ağamalı vurğulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO