Ekspert: Barak Obamanın dəvəti Azərbaycanın əhəmiyyətinin göstəricisidir

Ekspert: Barak Obamanın dəvəti Azərbaycanın əhəmiyyətinin göstəricisidirABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevi Vaşinqtonda baş tutacaq IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsi ölkəmiz üçün mühüm hadisədir və Azərbaycanın nə qədər əhəmiyyətli dövlət olduğunun göstəricisidir. Bunu Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, bu gün Azərbaycan regionda ən inkişaf etmiş dövlətlərdən biridir: “Məhz bu baxımdan ABŞ Prezidentinin Azərbaycan Prezidentinə dəvəti məqsədəmüvafiq hal kimi qiymətləndirilməlidir”.

O, əlavə edib ki, bu dəvət ABŞ ilə Azərbaycan arasında münasibətlərin inkişafına mühüm töhfə verəcək.

Ekspert bildirib ki, bu dəvət, eyni zamanda ABŞ ilə Azərbaycan arasında münasibətləri korlamağa çalışan qüvvələrə bir mesajdır: “Bu dəvət bir daha onu göstərir ki, ABŞ-ın Azərbaycana münasibəti ayrı-ayrı şəxslərin, hansısa qüvvələrin fikirləri əsasında formalaşmır. ABŞ Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Azərbaycan dünyəvi dövlətdir və müasir qanunlarla idarə olunur. ABŞ da bunu yaxşı başa düşür”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO