Efiopiya Azərbaycanla təhsil sahəsində əməkdaşlıq etməyə hazırdır

Efiopiya Azərbaycanla təhsil sahəsində əməkdaşlıq etməyə hazırdır Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Efiopiyanın qadın, uşaq və gənclər məsələləri üzrə naziri xanım Zenebu Tadesse ilə görüş keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə səfir E.Abdullayev Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatındakı rolu barədə bəhs edərək, hələ 1918-ci ildə Şərqdə ilk dəfə qadına səsvermə hüququnun məhz Azərbaycanda verildiyini efiopiyalı rəsminin diqqətinə çatdırıb.

Dövlətimiz tərəfindən Azərbaycan qadınlarına böyük diqqət və qayğının göstərildiyini qeyd edən səfir E.Abdullayev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırdığını, onun təşəbbüsü ilə qadının mədəniyyətlərarası dialoqda roluna həsr edilmiş tədbirlərin Azərbaycanda keçirildiyini bildirmişdir.

Səfir E.Abdullayev 2016-cı il Afrika İttifaqı tərəfindən “Qadın Hüquqları ili” kimi qəbul olduğunu xatırladaraq, Azərbaycan və YUNESKO-nun birgə təşəbbüsü və səyi ilə Afrikanın Liberiya, Keniya, Tanzaniya, Uqanda kimi ölkələrində təhsil səviyyəsinin artırılması məqsədilə “Gənc qızların təhsili” adı altında müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib.

Nazir Z.Tadesse Azərbaycan qadınları üçün yaradılan imkanları yüksək qiymətləndirdi.

Azərbaycanın bu sahədə zəngin təcrübəsinin öyrənilməsi zəruriliyini qeyd edən nazir Z.Tadesse, tərəflər arasında səfərlər mübadiləsinin və hüquq-müqavilə bazasının yaradılması vacibliyini vurğuladı.

Daha sonra efiopiyalı nazir təhsilin gücləndirilməsi ilə bağlı bu cür layihələrə maraq göstərərək, Efiopiya tərəfinin bu sahədə əməkdaşlıq etməyə hazır olduğunu bildirdi.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO