Dövlət Duması Rusiyanın ÜTT-yə qoşulması haqqında protokolu ratifikasiya edib.

Rusiya Dövlət Duması ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulması haqqında protokolu ratifikasiya edib. “RİA Novosti”in xəbərinə görə, adbaad səsvermədə yalnız hakim “Vahid Rusiya” partiyasının deputatları sənədin lehinə səs verib. Bütün müxalifət partiyalarının deputatları isə protokolun əleyhinə çıxıb. Ötən həftə bir qrup deputat Konstitusiya Məhkəməsinə müraciət edərək, Rusiyanın ÜTT-yə qoşulması haqqında protokolun anti-konstitusion sayılmasını tələb edib. Məhkəmə iddianı təmin etməyib və protokolu bəyənib.
Xatırladaq ki, ki, beynəlxalq ticarətin liberallaşdırılması və üzv ölkələrin siyasi-ticari münasibətlərinin tənzimlənməsi üçün yaradılan ÜTT hazırda 154 ölkəni özündə birləşdirir. Hər hansı ölkənin ÜTT-yə üzvlüyü üçün onların hər birinin razılığı tələb olunur. Bu səbəbdən 2000-ci ildən ÜTT üzvü olan Gürcüstanın vetosu Rusiyanın quruma üzvlüyünü əngəlləyib. Rəsmi Tiflisin irəli sürdüyü əsas şərt isə Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya bölgələrində gömrük məntəqələrinə tam nəzarətə sahib olmaqdan ibarət olub. Moskva bu şərtə razılıq vermədiyi üçün Gürcüstan da Rusiyanın ÜTT-yə üzvlüyünə maneələr yaradıb. Tərəflər ötən ilin noyabr ayında razılığa gəlib, dekabrın 16-da isə Rusiyanın baş naziri Vladimir Putin ölkənin ÜTT-yə üzv olması prosedurunun bitməsi üçün zəruri olan protokolu imzalayıb.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO