Dubayda təcili yardım maşınlarının rəngi xəstənin vəziyyətinin ağırlığından asılı olacaq

BƏƏ-nin Dubay şəhərində təcili yardım maşınlarının rəngi daşınan xəstənin vəziyyətinin ağırlığından və ona tələb olunan yardımın xüsusiyyətindən asılı olacaq. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i əmirliyin Milli Dövlət Təcili Tibbi Yardım İdarəsinə istinadən xəbər yayıb.

İdarənin icraçı direktoru Xəlifə əd-Dərainin sözlərinə görə, korpusunda ürək təsviri olan qırmızı rəngli maşın yolda digər hərəkət iştirakçılarına təcili yardım maşınının ağır və son dərəcə ağır vəziyyətdə xəstə daşıdığı barədə məlumat verəcək. Bu halda sürücü dərhal tibbi yardım maşınının yolunu açmağa borcludur, çünki “xəstənin sayılı dəqiqələri qalır”.

Üzərində ana və uşaq təsvirinin olduğu çəhrayı rəngli maşınlar hamilə qadınların daşınması, tünd yaşıl rəngli təcili yardım maşınları isə 400 kiloqram və daha artıq çəkisi olan pasiyentlər, açıq yaşıl rəngli maşınlar isə xüsusi ehtiyacı olan xəstələr üçün nəzərdə tutulub. Mavi rəng ümumi təyinatlı xəstələrin daşındığını göstərir.

Müxtəlif rəngli təcili yardım maşınlarının tətbiqi planı dünyada ilk olacaq. İdarədə çalışan məmurlar bunun göstərilən xidmətlərin keyfiyyətini artıracağını hesab edirlər.

İdarə, həmçinin təcili yardım maşınının pasiyentə çatması vaxtını qısaltmaq fikrindədir. Hazırda ağır qəzalar, yaxud ürək problemləri olan xəstələrin yanina tibb işçiləri Dubayda səkkiz dəqiqə ərzində çatırlar.

Əd-Dərai bildirib: “Bu göstərici Asiya regionunda dördüncüdür. Biz bu göstəricini son dərəcə təcili hallarda xüsusi maşınların ayrılması hesabına xeyli yaxşılaşdırmaq istəyirik”.

Hazırda Dubayın Milli Dövlət Təcili Tibbi Yardım İdarəsində 170 maşın, eləcə də 6 helikopter fəaliyyət göstərir. Pasiyentlərə 688 həkim xidmət edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO