Dövlət Məşğulluq Xidməti 260 nəfərə yaxın vətəndaşı peşə hazırlığına cəlb edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) işsiz və işaxtaran vətəndaşlar üçün məşğulluq imkanlarının yaradılması məqsədilə cari ilin yanvar-fevral aylarında DMX orqanları tərəfindən bərbər, qaynaqçı, tikişçi, dərzi, kompyuter istifadəçisi, kompyuterçi-dizayner, qənnadçı və s. peşələr üzrə 15 peşə hazırlığı kursu təşkil edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kurslara ümumilikdə 258 nəfər işsiz və işaxtaran vətəndaş cəlb olunub. Kurslardan 12-si ənənəvi, 3-ü modul təlim proqramları əsasında və təcrübəli peşə təlimi mütəxəssisləri tərəfindən aparılır.

Müdavimlər kursları bitirdikdən sonra DMX orqanları tərəfindən onların yeni yiyələndikləri peşələr üzrə münasib işlərlə təminatı həyata keçiriləcək.

Peşə tədrisi kurslarının böyük əksəriyyəti DMX-nin tabeliyində olan və peşə təlimi üçün müvafiq maddi-texniki bazaya malik Bakı Regional Peşə Tədris Mərkəzində və Naxçıvan Peşə Tədrisi Mərkəzində təşkil olunur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO