Dünya Bankı Azərbaycana 280 mln. dollar vəsait ayıracaq

Bu barədə DB-nin Azərbaycan üzrə meneceri Cozef Ouen bildirib. Onun sözlərinə görə, DB Azərbaycan üzrə növbəti 4 il üçün strategiya hazırlayıb. İlk 2 il ərzində layihə və sərmayələr şəklində 280 mln. dollar vəsait ayrılacaq. Bununla yanaşı, DB qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası 200 mln. dollar ayıracaq: “Biz irriqasiya və müasir kapital bazarının yaradılması kimi layihələr hazırlamışıq. Hazırda isə ali təhsil sahəsində layihə hazırlanır”.

C.Ouen qeyd edib ki, hazırda Azərbaycan üzrə aktiv 18 layihə mövcuddur ki, bunun da ümumi portfeli 2,2 mlrd. dollardır. Bunlar nəqliyyat, o cümlədən dəmir yolu, kanalizasiya, ətraf mühitin qorunması, təhsil, ədliyyə kimi sahələri əhatə edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO