Dünya azərbaycanlılarının III qurultayının keçirilmə vaxtı müəyyənləşib

Bu barədə cümə günü Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” sərəncamına uyğun olaraq keçiriləcək qurultayda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm adamları, ictimai və mədəniyyət xadimləri, iş adamları iştirak edəcək.

Bundan başqa, milliyətcə azərbaycanlı olmayan Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alim və ziyalılar, dövlət rəsmiləri, siyasi partiyaların təmsilçiləri və parlament üzvlərinin də qurultaya qonaq qismində dəvət olunması planlaşdırılır.

Toplantıda dünya azərbaycanlılarının II qurultayından keçən dövr ərzində görülmüş işlər müzakirə olunacaq, müasir dövrdə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, gələcək fəaliyyət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO