Dəməşqdə İran televiziyasının əməkdaşı yaralanıb

Dəməşqdə İranın “IRINN” telekanalının əməkdaşının avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulub. Trend-in məlumatına görə, bu barədə cümə günü “IRIB News” telekanalının saytında xəbər yerləşdirilib.
Məlumata görə, müxbir Möhsən Həzai hava limanına gedən zaman, onun da içərisində olduğu “IRINN” telekanalına məxsus avtomobil naməlum şəxlər tərifəndə pusquya salınaraq atəşə tutulub.
Hadisə nəticəsində Həzai qarın nahiyyəsindən yaralanıb. Hadisədən dərhal sonra o yaxınlıqda yerləşən tibb məntəqəsinə aparılıb. Hazırda onun vəziyyəti qənaətbəxşdır.
Ötən il Dəməşqdə terrorçular tərəfindən İranın “Press TV” kanalının əməkdaşı Mayya Naser güllələnib.
2012-2013-cü illərdə beynəlxalq təşkilatların verdikləri məlumatlara əsasən, Suriya jurnalistlər üçün dünyanın ən təhlükəli yeridir

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO