Diffamasiya və ifadə azadlığı mövzusuna həsr olunmuş tədbirin yekununda qəbul olunan tövsiyələr açıqlanıb

Diffamasiya və ifadə azadlığı mövzusuna həsr olunmuş tədbirin yekununda qəbul olunan tövsiyələr açıqlanıbAvropa Şurası və Azərbaycan Mətbuat Şurası tərəfindən «Azərbaycanda diffamasiya və ifadə azadlığı” mövzusunda keçirilmiş konfransın yekununda tövsiyələr qəbul edilib. AŞ-nın Bakıda İnformasiya Ofisindən APA-ya daxil olan məlumata görə, bu tövsiyələr böhtan və təhqirin cinayət əməli sayılmaması, bu həyata keçirilənə qədər milli məhkəmələr tərəfindən artıq təyin olunmuş bu cür cəzalara dörd il əvvəl Prezident tərəfindən tövsiyə olunan jurnalistlərə qarşı cinayət işlərinin qaldırılmaması təşəbbüsü dərhal tətbiq edilməsi və maliyyə cəzaları mütənasib olması ilə bağlıdır.

Tövsiyələr sırasında mülki proseslərdə kompensasiyanın mütənasib olması, jurnalistlərin iddia etdiyi fakt həqiqətdirsə, onların müdafiə edilməsi, Avropa İnsan Hüquqları Məhkəməsinin praktikasına uyğun olaraq, istər maddi-hüquqi, istərsə də prosessual qanunlarda və ya praktikada vəzifəli şəxslər üçün xüsusi müdafiə olmaması, media üçün könüllü davranış məcəllələrinin tərtib edilməsi, Azərbaycanın hakimiyyət orqanları diffamasiya ilə bağlı qanunvericilikdə islahat aparmaq üçün Avropa Şurası ilə əməkdaşlıq etməsi də öz əksini tapıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]ghts-jwg.org

1905.az STUDIO