DGK: Sənədləri düzgün olmayan istənilən mal ölkəyə buraxılmır

DGK: Sənədləri düzgün olmayan istənilən mal ölkəyə buraxılmırAzərbaycana idxal olunan bütün ərzaq məhsulları qanunvericiliklə müəyyən edilən sertifikatlar və müvafiq mal müşayiət sənədləri ilə təmin olunur.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu qəbildən olan malları gömrük sərhədindən keçirilmək istəyən fiziki və hüquqi şəxslər Kənd Təsərrüfatı Nazirliyinin idxal karantin icazə məktubunu, Səhiyyə Nazirliyinin gigiyenik sertifikatını gömrük orqanına təqdim edir, daha sonra gömrük-sərhəd buraxılış məntəqəsində bitki karantin xidməti şöbəsinin əməkdaşları mallara vizual baxış keçirir.

Gigiyenik sertifikat idxal olunması nəzərdə tutulan məhsullar laborator müayinədən keçirildikdən sonra verilir. Əks halda sənədləri qanunvericiliyin tələblərinə cavab verməyən istənilən mal ölkə ərazisinə buraxılmır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO