Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yaxın aylarda mümkün ola bilər – Fransanın XİN rəhbəri Bernar Kuşner

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması indi deyil, yaxın aylarda mümkün ola bilər. Bu barədə Fransanın XİN rəhbəri Bernar Kuşner Afinada mətbuat konfransı zamanı jurnalistlərə deyib. “Bu münaqişənin nə dərəcədə tez həll olunacağı sualına konkret cavab verə bilmərəm. Dəqiq vaxt demək qeyri-mümkundür. Bəli, nəticə etibarı ilə biz müvəffəqiyyət qazanmışıq, lakin münaqişənin nə zaman həll olunacağını deyə bilmərəm”, – Kuşner deyib.

“Biz bu gün müəyyən sənədin hazırlanmasını təklif edirik, lakin mən buna əmin deyiləm, belə ki, həll olunmamış müəyyən problemlər qalır”, – o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO