İctimai nəqliyyat üçün ödəmə kartları əhaliyə pulsuz paylanacaq

İctimai nəqliyyatda tətbiq olunacaq ödəmə kartları əhaliyə pulsuz paylanacaq və bu, bütün nəqliyyat vasitələrinə inteqrasiya olunacaq.

Gün.Az xəbər verir ki, bu barədə İntellektual İdarəetmə Mərkəzinin baş direktoru Elnur Abdullayev bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əvvəldən qeyd olunduğu kimi, avtobuslarda kart sisteminin tətbiqi mayda baş verəcək:

“Əhali sadəcə olaraq bu kartlara gediş yükləyəcək. Kartların sayı hələ ki, dəqiqləşdirilməyib, bu, tələbatdan asılı olaraq müyyənləşdiriləcək”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO