Con Kerri: Sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə görə Azərbaycana çox minnətdarıq

Con Kerri: Sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə görə Azərbaycana çox minnətdarıq“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi burada salamlamaqdan şadam. Bizim hazırda üzərində işlədiyimiz bir çox qarşılıqlı maraqlarımız var. Biz sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə, Əfqanıstandakı səylərinə görə Azərbaycana çox minnətdarıq”.

Trend AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Azərbaycan Prezidenti İlham Əliyev ilə martın 30-da Vaşinqtonda görüşdən əvvəl mətbuata bəyanatında deyib.

C.Kerri bildirib ki, məlumdur ki, Azərbaycan indi mürəkkəb bir regionda yerləşir: “Hesab edirəm ki, Prezident Əliyev, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsinə etdiyi rəhbərliyi ilə bu ehtiyacların bəzilərinin necə qarşılanması üçün çox ciddi səylər göstərmiş və bu məsələni diqqət mərkəzində saxlamışdır. Bu, Avropanın uzunmüddətli strateji maraqları naminə və səmimi söyləsəm, vacib olan enerji mənbələrinin şaxaləndirilməsinə cəhd göstərmək üçün atılmış çox ciddi bir addımdır.

Əlbəttə ki, digər maraqlarımız da var. Terrorizmlə mübarizə. Biz donmuş münaqişə olan Dağlıq Qarabağ probleminin nəyahət öz həllini tapmasını görmək istəyirik. Bu münaqişənin həlli üçün danışıqlar aparılmalıdır. Bu məsələ öz həllini tapmalıdır.

İndi isə cənab Prezidentə Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün buraya təşrif buyurduğuna və Azərbaycan üçün iqtisadi imkanların, eləcə də regional təhlükəsizlik münasibətlərinin uyğunlaşdırılması üzərində işlədiyi müddətdə və bu yaxınlarda göstərdiyi bir çox səylərinə görə təşəkkürümü ifadə etmək istəyirəm. Sizi öz aramızda görməkdən şadam”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO