Cəbhədə vəziyyət gərginləşib

Cəbhədə vəziyyət gərginləşib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində, Ağdam rayonunun işğal olunmuş Mərzili, Yusifcanlı, Qaraqaşlı və Sarıcalı, Tərtər rayonunun Göyarx və Çaylı, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Gülüstan, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub.
Düşmən cavab atəşi ilə susdurulub.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO