Çavuşoğlu Ermənistanı qeyri-səmimilikdə ittiham etdi

Çavuşoğlu Ermənistanı qeyri-səmimilikdə ittiham etdiErmənistan səmimilik sınağından keçə bilmədi. Trend-in “TurkishNY” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Ermənistanın qonşularına qarşı xoş niyyəti yoxdur.

2009-ci ildə imzalanmış Ermənistan-Türkiyə protokollarından danışan nazir qeyd edib ki, Türkiyə ikitərəli əlaqələrin normallaşdırılması üçün Ermənistan qarşısında şərt qoydu: “Şərtə əsasən, Azərbaycan torpaqları işğaldan azad edilməlidir. Lakin Ermənistan bu şərti yerinə yetirmədi. Azərbaycan torpaqları azad edilmədən Ankara və Yerevan arasında əlaqələrin normallaşmasından söhbət gedə bilməz”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO