Böyük Britaniyanın Lordlar Palatasında Xocalı faciəsi ilə bağlı konfrans keçirilib

Məlumata görə, Lordlar Palatasının üzvləri, britaniyalı jurnalistlər və ictimai xadimlərin iştirak etdiyi konfransda kanadalı ekspert, Xocalı faciəsini tədqiq etmiş Skot Teylor və lord Layard əsas məruzəçilər kimi çıxış ediblər. Tədbirin təşkilatçıları “Xocalıya ədalət” kampaniyası və Avropa Azərbaycanlılarının Cəmiyyətidir (TEAS).

Qeyd edək ki, İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya Ədalət” kampaniyasına 2009-cu ilin fevralında start verilib. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir.

Kampaniyanın beynəlxalq əlaqələdirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO