Bu il Azərbaycanda 300-ə yaxın insan qidadan zəhərlənib

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda əhali arasında 264 qida zəhərlənməsi hadisəsi baş verib.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 297 nəfər zərərçəkən olub. Qeyd edilən müddət ərzində 8 botulizm hadisəsi baş verib. Həmin hadisələrdən 13 nəfər zərər çəkib.
Hesabat müddətində qida zəhərlənmələrindən ölüm halları baş verməyib.
Qeyd edək ki, ötən il ərzində Azərbaycanda 1191 qida zəhərlənməsi hadisəsi baş verib. Zəhərlənmə hadisələrindən 1465 nəfər zərər çəkib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO