Bu il 26 minə yaxın şəxsə sürücülük vəsiqəsi verilib

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 21008 avtomobil ilkin qeydiyyata alınıb, 25741 ilkin sürücülük vəsiqəsi verilib.
Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə 2013-cü ilin 3 ayı ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə verilən məlumatda belə deyilir.
Baş idarənin əməkdaşları tərəfindən bu müddət ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılıb.
Hesabat dövründə, bundan əlavə, “Siqnal” İLİ tərəfindən 5 işıqfor obyekti quraşdırılıb, 1254 yol nişanı qoyulub və ya yenisi ilə əvəz edilib, boya ilə küçə və yollarda 112.200 pm cizgiləmə işi aparılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO