BU GUN DEBATA KİMLƏR ÇIXACAQ?

Bu gün 18:15-də İctimai Televiziyada referendumla bağlı ikinci debat keçiriləcək.

“Media forum” saytı xəbər verir ki, “Zəka” təşviqat qrupunu debatda hüquq elmləri doktoru Mirağa Cəfərquliyev təmsil edəcək.

“Hüquq və Demokratiya” təşviqat qrupu adından deputat Qüdrət Həsənquliyev, yaxud deputat Zahid Oruc danışacaq.

“Respublikaçılar” təşviqat qrupunu Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı təmsil edəcək.

“Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı” təşviqat qrupu adından debata Vətəndaş və İnfişaf Partiyasının sədri Əli Əliyev qatılacaq.

Yeni Azərbaycan Partiyası çıxış edəcək nümayəndəsinin adını açıqlamayıb.

Debatda 9 təşviqat qrupunun nümayəndəsi iştirak edəcək. Hər nümayəndəyə 10 dəqiqə çıxış vaxtı ayrılacaq.

«Media forum»

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO