Bu gündən Müdafiə Nazirliyinin hərbi liseylərinə sənəd qəbuluna başlanılır

Tələbə Qəbulu üzrə Dövlət Komisisyası bu gündən 2013/2014-cü tədris ili üzrə Müdafiə Nazirliyinin hərbi liseylərinə ümumi orta təhsil bazasında sənəd vermək istəyən abituriyentlər üçün sənəd qəbuluna başlayıb.
Komissiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, sənəd qəbulu iyunun 25-də yekunlaşacaq. Hərbi liseylərə qəbul 2 mərhələdə aparılır. İlk mərhələdə namizədlər müraciət etdikləri hərbi liseydə hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından keçirilmə tarixi sənəd qəbulu vaxtı açıqlanacaq.
İkinci məhrələdə namizədlər TQDK tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. İmtahan Azərbaycan dili, riyaziyyat, fizika və kimya fənləri üzrə olacaq. Namizədlər hərbi liseylərə TQDK tərəfindən aparılan müsabiqə əsasında qəbul edilirlər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO