Bu gün Daxili Qoşunların zabit və gizirlərinin 80 faizi xidməti mənzillərlə təmin olunub


Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Prezident İlham Əliyev hərbi qulluqçuların sosial bazasının möhkəmləndirilməsi üçün böyük işlər görür, bu məsələni daim diqqət mərkəzində saxlayır və qayğı göstərir. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov deyib.
O qeyd edib ki, əsas məsələlərdən biri budur ki, hərbi xidmətin, döyüş fəaliyyətinin təşkili üçün yüksək səviyyədə şərait yaradılıb.
“Bu gün Daxili Qoşunların zabit və gizirlərinin 80 faizi xidməti mənzillərlə təmin olunub. Onların həm əməkhaqqısı, həm də digər sosial məsələləri təmin olunub. Bu imkan yaradır ki, Daxili Qoşunların şəxsi heyəti bu gün döyüş hazırlığına, nizam intizamına görə aparıcı hərbi qurumlar arasında özünə yer tutsun və şəxsi heyət, zabit, gizir və əsgərlər bunu görür, hiss edir, qiymət verir və etimadı doğrultmaq üçün yüksək səviyyədə xidmət təşkil edirlər və Ali Baş Komandanın əmrlərini hər an yerinə yetirməyə hazırdırlar”, – Həsənov deyib.
O, maddi texniki bazanın, silah anbarının yenilənməsinə də aydınlıq gətirib. “Hər il hərbi texnika, xüsusi texnika və silahlarımız aparıcı dövlətlərin ən müasir silah və texnikası ilə yenilənir. Daxili Qoşunların döyüş hazırlığı yüksək səviyyədədir. Bizə, ilk növbədə, hər an yüksək qiyməti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev verib, həmçinin daxili işlər naziri Ramil Usubov verib. Digər bizə dost və qardaş ölkələrin hərbi xidmətlərinin rəhbərləri Azərbaycana gələndə Daxili Qoşunların döyüş hazırlığını görür yüksək qiymət verirlər”, – Həsənov vurğulayıb.
Qeyd edək ki, Daxili Qoşunların peşə bayramı münasibətilə bu gün Daxili Qoşunların şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib və əklillər qoyublar. Daha sonra görkəmli oftalmoloq alim Zərifə Əliyevanın xatirəsini də ehtiramla yad ediblər

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO