Bu gün Beynəlxalq İnsan Haqları Günüdür

Bu gün Beynəlxalq İnsan Haqları Günüdür  Bu gün Beynəlxalq İnsan Haqları Günüdür. Lent.az-ın məlumatına görə, dekabrın 10-da dünyanın bütün insanları və dövlətləri 1948-ci ildə İnsan hüquqlarının Ümumi Deklarasiyasının (İHÜD) qəbul edilməsinin 60 illik yubileyini qeyd edirlər. Müasir tarix üçün bu əlamətdar gündə dünyanın bütün xalqları İkinci Dünya Müharibəsi vaxtı baş vermiş genosidin bütün növlərinin məhv edilməsi üçün birləşiblər. Deklarasiya Birləşmiş Millətlər Təşkilatının (BMT) ilk böyük nailiyyətlərindən biri idi və bir çox beynəlxalq hüquqi sənədlər üçün əsas kimi xidmət göstərib. BMT-nin Baş Məclisinin 217 A (III) qətnaməsində deyilir: “İnsan hüquqlarının Ümumi Deklarasiyası ümumi standartdır, bütün insanlar və bütün millətlər ona can atmalıdırlar, bununla belə birliyin hər bir üzvü daim verilmiş Deklarasiyanı yadda saxlamaqla, bütün səylərini bu hüquq və azadlıqlara hörmətin irəli çəkilməsinə yönəltməlidir…”

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO