Brüsseldə Azərbaycan-Avropa İttifaqı münasibətlərinə həsr olunmuş konfrans keçiriləcək


Strateji Araşdırmalar Mərkəzi və Avropa Siyasi Mərkəzi Brüsseldə konfrans keçirəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 5-də SAM-ın direktor müavini Gülşən Paşayeva SAM və Avropa Siyasi Mərkəzinin (European Policy Center (EPC)) birgə təşkilatçılığı ilə “Azərbaycan və Avropa İttifaqı (Aİ): irəliyə gedən yol” mövzusunda keçiriləcək konfransda iştirak və çıxış etmək məqsədilə Brüsselə səfər edəcək.
Səfər çərçivəsində SAM və Belçika Krallığının nüfuzlu beyin mərkəzləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə orada fəaliyyət göstərən Təhlükəsizlik və Müdafiə Gündəliyi (Security and Defence Agenda (SDA) ) və Eqmont İnstitutu, Beynəlxalq Əlaqələr üzrə Kral İnstitutunda (Egmont Institute Royal Institute for International Relations) bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO