BQXK əsirlərin qaytarılması üçün Azərbaycan və Ermənistanla danışıqlara başlayıb

 BQXK əsirlərin qaytarılması üçün Azərbaycan və Ermənistanla danışıqlara başlayıb Hüseynova bildirib ki, Ermənistan əsirlikdə olan Azərbaycan vətəndaşlarının qaytarılnmasına razılıq verib və bu barədə BQXK-nın İrəvan ofisinə müraciət edib.

Ermənistan mətbuatının yaydığı məlumata görə, bu ölkənin Müdafiə Nazirliyi bəyan edib ki, azərbaycanlı əsirləri qaytarmağa hazırdır. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, BQXK-nın Yerevan nümayəndəliyi bu barədə məlumatlandırılıb.

Martın 5-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekununa əsasən birgə bəyanat qəbul ediblər.

Sənəddə qeyd edilir ki, liderlər onların bundan əvvəl, 2010-cu il oktyabrın 27-də Həştərxanda keçirilmiş görüşü zamanı qəbul edilmiş üçtərəfli bəyanatın praktiki reallaşdırılması məsələlərini müzakirə edib və həmin bəyanatda nəzərdə tutulan tədbirlərə əlavə olaraq növbəti addımlar barədə razılığa gəliblər.
Azərbaycan Ordusunun kiçik çavuşları Roman Hüseynov ötən il avqustun 27-də, Anar Hacıyev isə 2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.

Azərbaycanda isə 12 nəfər Ermənistan vətəndaşı əsir və girovluqda saxlanılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO