BMT-nin baş katibi beynəlxalq tolerantlıq günü ilə bağlı müraciət edib

BMT-nin baş katibi Pan Gi Mun beynəlxalq tolerantlıq günü ilə bağlı müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd edilib ki, tolerantlıq laqeydlik və ya başqalarının həvəssiz qəbul edilməsi deyil: “Bu qarşılıqlı anlaşma, bir-birinə hörmət və qlobal müxtəlifliyi çəkinmədən qəbul etmək prinsiplərinə əsaslanan həyat tərzi deməkdir. BMT tolerantlılığı bir çox yerlərdə irəli sürür. Bu bizim sülh, demokratiya, insan hüquqları və münaqişələrin qarşısını almaq üçün gördüyümüz işin bir hissəsidir”.

Müraciətdə bildirilib ki, Mədəniyyətlər Alyansı və YUNESKO-nun bir çox maarifləndirici və mədəniyyətlərarası təşəbbüsləri vasitəsilə, biz dialoq yaradaraq dözümlülük və ekstremizm ilə mübarizə aparır: “Biz 2007-ci ildə Yerli Əhalinin Hüquqları Bəyannaməsi və həmin il Azlıqlar Məsələləri ilə məşğul olan BMT Forumu kimi qanunların və standartların aydınlaşdırılması yolunda iş aparırıq. Beynəlxalq Tolerantlıq Günündə gəlin dözümsüzlüyə qarşı səfərbər olmağa söz verək. Ən zəif cəmiyyətlər və bütün insanlıq uğuruna tolerantlılığı inkişaf etdirmək üçün birləşək”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO