Beynəlxalq mətbuat qurumlarının təcrübəsinin öyrənilməsi məsələləri müzakirə edilmişdir

Beynəlxalq mətbuat qurumlarının təcrübəsinin öyrənilməsi məsələləri müzakirə edilmişdirAzərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə oktyabrın 14-də Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) “Azərbaycanda kütləvi informasiya vasitələrinin dünya informasiya məkanına çıxışı vəziyyətinin araşdırılması, beynəlxalq media qurumlarının təcrübəsinin öyrənilməsi və onlarla əməkdaşlıq əlaqələrinin qurulması” layihəsi çərçivəsində birinci “dəyirmi masa” keçirilmişdir.

Tədbirdə layihə çərçivəsində mətbuat qurumları arasında keçirilən sorğu ilə bağlı ümumi məlumat verilmiş, dünya informasiya məkanına çıxış yollarının araşdırılması, beynəlxalq mətbuat təşkilatlarının təcrübəsinin öyrənilməsi və onlarla əməkdaşlıq əlaqələrinin qurulmasının ölkəmizdə KİV-in inkişafında əhəmiyyətli olduğu vurğulanmışdır.

Layihə çərçivəsində mətbuat təşkilatları arasında keçirilən sorğunun nəticələri əsasında bülleten nəşr olunacaqdır. Layihənin yekununa dair ikinci “dəyirmi masa” dekabrda keçiriləcəkdir.

AzərTAc

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO