Beynəlxalq Böhran Qrupu: Əraziləri işğal altında olan Azərbaycana böyük zərər verən mövcud status-kvo dəyişməlidir

Beynəlxalq Böhran Qrupu: Əraziləri işğal altında olan Azərbaycana böyük zərər verən mövcud status-kvo dəyişməlidir “Cəbhə xəttində toqquşmaların artması, silahlanma yarışı, kəskin ritorika və sülh danışıqlarında irəliləyişin virtual olması Ermənistanla Azərbaycan arasında müharibə ehtimalını artırır. Müharibə bölgədə dağıdıcı nəticələrə gətirib çıxara bilər”. Bu fikir Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsinə dair hazırladığı hesabatda əksini tapıb.

Hesabatda 2010-cu ildə Dağlıq Qarabağ ətrafında durumun pisləşdiyi qeyd olunur: “Tərəflərin hərbi imkanlarının artması nəticəsində Cənubi Qafqazda 1992-1994-cü illərdə baş vermiş silahlı münaqişədən daha təhlükəli qarşıdurma yarana bilər. Tərəflərdən heç birinin asan və sürətli qələbə çalmaq şansı yoxdur”.

Sənəddə təmas xətində vəziyyətin gərginləşməsinə toxunulur və 2010-cu ildə azı 25 nəfərin həlak olduğu, bu ilin əvvəlindən bəri isə 3 əsgərin güllələndiyi bildirilir: “Əraziləri işğal altında qalmağa davam edən və böyük miqdarda məcburi köçkünü olan Azərbaycana böyük zərər verən mövcud status-kvonun dəyişməsi üçün daha çox iş görülməlidir”.

BBQ hesab edir ki, tərəflər münaqişənin dinc yolla həllinin əsas prinsipləri haqqında sənəd imzalamalı və qarşılıqlı etimadın qurulması, gərginliyin azaldılmasına yönəlmiş tədbirlər həyata keçirməlidir: “Rusiya bu münaqişədə aparıcı vasitəçi olaraq tərəflərə hücum silahları və hərbi texnika verməyə son qoymalıdır. Digər dövlətlər də ATƏT və BMT-nin tövsiyəsinə uyğun olaraq silah embarqosuna riayət etməlidir”.

Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının direktoru Sabina Freyzer bildirib ki, sülh danışıqlarında tərəqqinin olmaması yaxın bir neçə ildə müharibə ehtimalını artırır: “Rusiya, ABŞ, Türkiyə və Avropa Birliyi bu ssenarinin qarşısının alınmasını öz prioritetinə çevirməlidir”

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO