Berndə Xocalı soyqırımı qurbanlarının ruhuna şamlar yandırılıb

İsveçrənin paytaxtı Berndə Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzininn (AİMM) təşəbbüsü və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərkəzin rəhbəri Qasım Nəsirov bildirib ki, Berndə Xocalı şəhidlərinin xatirəsi bir qədər fərqli – yerli adət-ənənəyə uyğun olaraq anılıb.
Belə ki, aksiya iştirakçıları Xocalıda vəhşicəsinə qətlə yetirilmiş 83 uşağın ruhuna 83 ədəd qara şam yandırıblar.
Aksiya yerli sakinlərin də diqqətini çəkib və onlar da Xocalıda qətlə yetirilən uşaqların adına şamlar yandırıblar.
Mərasim iştirakçıları bir dəqiqəlik sükutla Xocalıda vəhşicəsinə qətlə yetirilənləri anıblar.
Aksiyaya toplaşanlara Xocalı soyqırımı haqqında məlumat verildikdən sonra İsveçrə parlamentinə ünvanlanmış müraciət oxunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO