Barak Obama yeni iqtisadi böhrana səbəb ola biləcək amilləri açıqlayıb

ABŞ prezidenti Barak Obama “Facebook” sosial şəbəkəsinin Palo-Alto (Kaliforniya) şəhərindəki qərargahında şəbəkə istifadəçilərinin suallarını cavablandırıb. Xəbərinə görə, prezident dövlət xərclərinin həddən artıq azaldılmasının yeni iqtisadi böhrana səbəb ola biləcəyini bəyan edib. “Əgər dövlət aparatının maliyyələşdirilməsi ixtisar etsək, yeni iş yerlərinin açılmasına təkan verən sahələrin maliyyələşdirilməsini azaltsaq, kəsir daha böyük ola bilər və biz yeni iqtisadi böhranla üzləşə bilərik” – deyə B.Obama bildirib.

ABŞ prezidenti həmçinin qeyd edib ki, prezident səlahiyyətləri bitənə qədər büdcə kəsirinin və dövlət borcunun artmasının öhdəsindən gəlmək niyyətindədir: “Mən bu vəzifənin yerinə yetirilməsini öz varisimə saxlamaq niyyətində deyiləm”.

Qeyd edək ki, ABŞ-ın federal büdcəsinin kəsiri cari ilin martında ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3 dəfə artaraq, 65 mlrd. dollardan 188 mlrd. dollara yüksəlib. Artıq 30-cu aydır ki, ABŞ-da büdcə kəsiri qeydə alınır.

2010-2011-ci maliyyə ilinin bu il martın 31-də başa çatan I yarısında federal büdcənin kəsiri martında ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artaraq 717 mlrd. dollardan 829 mlrd. dollara qalxıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO