Barak Obama ABŞ prezidenti seçildi

Barak Obama ABŞ prezidenti seçildiAmerika tarixində ilk qaradərili şəxs dövlət başçısı oldu

Demokrat Partiyasının namizədi Barak Obama Amerika Birləşmiş Ştatları prezidenti seçilib. Lent.az-ın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, qara dərili senator respublikaçı rəqibi Con Makkeyni böyük fərqlə geridə qoyub.
Son məlumatlara görə, Obama artıq 333 xüsusi seçici səsi toplayıb. Onun rəqibi Con Makkeynə isə 155 komissiya üzvü səs verəcək. Yerdə qalan səslər isə artıq seçkinin ümumi nəticəsinə təsir göstərə bilməz. Qeyd edək ki, ABŞ vətəndaşları prezident seçkilərində bu və ya digər namizədə səs verən zaman prezidentin özünü deyil, 538 xüsusi seçicilər kollegiyasının necə səs verəcəyini müəyyən edirlər. Namizədə qalib gəlmək üçün 270 xüsusi seçici səsi toplamaq kifayətdir. Artıq Con Makkeyn məğlub olduğunu etiraf edərək tərəfdarlarını ABŞ-ın yeni prezidentinə hörmət etməyə çağırıb: “Mən cənab Obamaya dərin hörmət bəsləyirəm və onunla fəxr edirəm”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO