Bank hesabı olmayan QHT-lərin maliyyələşməsi qanunvericilik müstəvisində müzakirə olunmalıdır

Bank hesabı olmayan QHT-lərin maliyyələşməsi qanunvericilik müstəvisində müzakirə edilməlidir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev deyib.
“Azərbaycanda qanunvericiliyin verdiyi imkanlardan istifadə edərək bank hesabı olmayan, qeydiyyatdan keçməyən, hüquqi şəxs statusunda olan QHT-lər var. Onların hansı formada ianə alması, maliyyələşməsi bizim üçün qaranlıqdır, biz bunu artıq qanunvericilik müstəvisində müzakirə etməliyik”, – o deyib.

Onun sözlərinə görə, hər hansı bir və yaxud bir neçə şəxs bir yerə gələrək yalnız müvafiq icra hakimiyyətinə bildiriş təqdim etməklə qeydiyyatdan keçmədən fəaliyyət göstərə bilərlər.

Quliyev deyib ki, Azərbaycanda elə QHT-lər var ki, ölkənin milli maraqlarına yox, işlədikləri xarici donorların maraqlarına xidmət edirlər, donorlarının sifarişlərini yerinə yetirirlər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO