Bakının mərkəzində güclü yanğın olub, həlak olan var

Bakının mərkəzində güclü yanğın olub, həlak olan var Dörd yanğınsöndürən maşın hadisə yerinə göndərilib. Yanğının qarşısı alınıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzovun sözlərinə görə, yanğın haqda məlumat xidmətə təxminən 18:10-da daxil olub. Əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayonu İdarəsinin bölmələri göndərilib. Yanğının miqyasını nəzərə alaraq, onun söndürülməsinə əlavə bölmələr cəlb edilib.

“Yanğın nəticəsində Azərbaycan Texniki Universitetinin dəhlizindəki yanar konstruksiyalar, eləcə də dördüncü binanın ikinci mərtəbəsindəki bir otaq yanıb”, – Novruzov bildirib.

Onun sözlərinə görə, yanğına səbəb Rəhman Cəfərovun öz otağında qaz balonundan istifadə zamanı təhlükəsizlik qaydalarını pozması olub.

“Nəticədə Cəfərov həlak olub, dörd nəfər ağır dərəcəli bədən xəsarətləri alıb. Yanğın zamanı yataqxanadan 300 yaxın sakin evakuasiya edilib”, – o qeyd edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO