Bakıda qış fəslində “payız hava “sı olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, dekabrın 19-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman proqnozlaşdırılır, gündüz şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında dekabrın 19-da havanın temperaturu gecə 0-3, gündüz 6-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 19-da hava əsasən yağmursuz keçəcək, əsasən gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Aran rayonlarında gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq. Dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz isə 0-5 dərəcə isti olacaq.

Məlumata görə, yaxın 2-3 ərzində Azərbaycanda mülayim və yağmursuz hava şəraiti hökm sürəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO