Bakıda SAQGH I Konqresinə start verilib

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, hələ 2009-cu ildə Türkiyənin İstanbul şəhərində Birləşmiş Millətlər Sivilizasiyalar Alyansının Gənclər Tədbiri çərçivəsində 40 ölkənin 100 gənci bir araya gəlib. Nazir hesab edir ki, bu Konqres dünya gənclərinin fəaliyyətinin genişləndirilməsinə təkan verəcək. Konqresdə gənclər təşkilatlarının səfərbərliyi və gücləndirilməsi, gənclərin fəaliyyətində şəbəkələşmə, gənclərin səsinin dəstəklənməsi, BMT Sivilizasiyalar Alyansının bütün sektorlarında iştirak və s. məsələlər müzakirə ediləcək.

A. Rəhimov əlavə edib ki, Qlobal Gənclər Hərəkatının konsepsiyası Gənclər Sivilizasiyalar Alyansı Fəaliyyəti Naminə üzərində qurulub, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən inkişaf etdirilib.

İSESCO-nun baş katibi Abdül Əziz bin Osman əl-Tuveycri isə deyib ki, 2010-cu il BMT tərəfindən Gənclər İli elan edilib. Gənclər İli çərçivəsində BMT tərəfindən gənclərlə bağlı bır sıra layihələr hazırlanıb: “Bu gün Bakıda keçirilən bu tədbiri də həmin layihələrin davamı hesab etmək olar. Mən çox sevinirəm ki, Azərbaycan hökuməti belə bir layihəni çiyninə götürüb”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO