Bakıda “Beynəlxalq Əmək Təşkilatının standartları və əmək hüququ” mövzusunda seminar keçirilir

Bakıda “Beynəlxalq Əmək Təşkilatının standartları və əmək hüququ” mövzusunda seminar keçirilir
Bu gün Bakıda “Beynəlxalq Əmək Təşkilatının standartları və əmək hüququ” mövzusunda işəgötürənlər üçün seminar keçirilir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Beynəlxalq Əmək Təşkilatının (BƏT) birlikdə təşkil etdikləri seminarın keçirilməsində məqsəd, işəgötürənlərin beynəlxalq əmək standartları və milli əmək qanunvericiliyi sahəsində maarifləndirilməsi və həmin standartların işəgötürənlərin fəaliyyətində tətbiqinə yardım göstərilməsidir. ASK-dan Lent.az-a verilən məlumata görə, tədbirdə BƏT standartlarının icmalı, əmək münasibətlərinə yanaşma, əmək münasibətlərinə xitam verilməsi, əmək haqlarının müəyyən edilməsi məsələlərində BƏT standartları və onların tətbiqində işçilər və işəgötürənlər təşkilatlarının rolu, Azərbaycanda əmək müqavilələrinin bağlanması sahəsində mövcud vəziyyət və əmək mübahisələrini doğuran əsas səbəblər, milli və beynəlxalq qanunvericilikdə iş vaxtı (iş saatları, gecə işləri, istirahət günləri), ödənişli məzuniyyətlər, əmək haqlarının müəyyən edilməsi məsələlərində işəgötürənlərin üzləşdikləri əsas problemlər və s. aidiyyəti məsələlər müzakirə ediləcək.
Seminarda BƏT-in Əmək Standartları üzrə baş mütəxəssisləri, milli ekspertlər və işəgötürən təşkilatlarının nümayəndələri iştirak edəcəklər. İki 2 gün davam edəcək seminarda iştirakçılara müvafiq sertifikat təqdim olunacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO