Bakıda Azərbaycan-ABŞ ikitərəfli planlaşdırma üzrə əməkdaşlıq konfransı keçiriləcək

Aprelin 27-də başlayacaq və iki gün davam edəcək konfransda ölkələr arasında növbəti il üçün planlaşdırılan hərbi əməkdaşlıq mövzuları müzakirə olunacaq.

Konfrans Azərbaycan və ABŞ arasında imzalanmış Hərbi əməkdaşlıq üzrə İş Planı çərçivəsində reallaşacaq.

Illik əməkdaşlıq proqramının müzakirəsinə həsr ediləcək konfransda Azərbaycan və ABŞ-dan müxtəlif hərbi qurumların nümayəndələri və ekspertləri iştirak edəcək. ABŞ nümayəndə heyətini, əsasən Avropa Komandanlığının (EUCOM) zabitləri təmsil edəcək.

Konfransda Azərbaycan və EUCOM arasında növbəti il üçün hərbi əməkdaşlıq üzrə İş Planının mətni razılaşdırılacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO