“Bakı Bəyannaməsi” qəbul olundu

Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” konfransında Bakı Bəyannaməsi qəbul olunub.
Lent.az-ın məlumatına görə, sənədi imzalayanlar mədəniyyətlərin müxtəlifliyinə yanaşmaya dair vahid prinsipləri təsdiq ediblər. Bu prinsiplər sırasında ölkələr daxilində və ölkələr arasında mədəniyyət müxtəlifliyinin bəşəriyyətin ümumi irsi kimi təsdiqlənməsi, iştirakçı ölkələrin mədəni yaradıcılığa zəmin yaradan dayanıqlı iqtisadi, sosial və şəxsi inkişafa töhfə verməyə razı olması, insan haqları, demokratiya və hüquqi normalar baxımından beynəlxalq əməkdaşlıq üçün vacib olan mədəniyyətlərarası dialoqun daim inkişaf etdirilməsinin dəstəklənməsi, milli, regional və yerli səviyyədə mədəniyyət siyasətlərinin rolunun əhəmiyyətinin və onların mədəniyyətlərarası dialoqun inkişafına köməyinin təsdiqlənməsi və s. məsələlər var.
Sənədə əlavə olaraq, mədəniyyətlərarası dialoqun inkişafı üçün fəaliyyət formaları da qəbul olunub. Buraya Avropa Şurasına üzv olan dövlətlərdən savayı digər dövlətlər və tərəfdaşlarla mədəniyyətlərarası dialoqa üzrə gələcək fəaliyyət vasitəsi kimi “Mədəniyyətlərarası Dialoqa dair Ağ Kitab” müqabilində müvafiq mətnlərin yayılması, Avropa Şurası və konfransda iştirak edən müxtəlif maraqlı tərəflər arasında, Bakıda qəbul edilən fikir prosesini davam etdirmək məqsədilə birgə ekspertlər iclasları təşkil etmək, dialoqa, sülhə və davamlı inkişafa kömək etmək üçün birgə mədəniyyət və bədii layihələr haqında təşəbbüslər qəbul etmək və həyata keçirmək, Mədəniyyətin müxtəlif sahələrində yaradıcılığın müdafiəsi və inkişafına dair UNESCO konvensiyasının və irs və mənzərələrə dair Avropa Şurasının konvensiyalarının həyata keçirilməsinə, ratifikasiyasına və imzalanmasına təşviq etmək, Mədəniyyətlərarası dialoqa dair müvafiq siyasətlərə qarşılıqlı kömək məqsədilə Avropa Şurası və Avropa İttifaqı arasında əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi, Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) İttifaqı arasında əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi, Ümumi İnsan hüquqlarına dair öhdəliklərə əsaslanan tolerantlıq və açıqlıq ruhunu daha da gücləndirməyə yönəlmiş Sivilizasiyaların Alyansı BMT Forumunu dəstəkləmək, Avropa Şurası və UNESCO (Faro,2005), ALESKO (Təhsil, Mədəniyyət və Elm Ərəb Liqası Təşkilatı, Mədəniyyətlər arası dialoq üçün Anna Lind Avropa-Aralıq dənizi Fondu və “Sivilizasiyaların Alyansı” təşəbbüsü arasında mədəniyyətlərarası dialoq üçün institutlar arasında əməkdaşlığın “Faro Açıq Platformas”ının genişlənməsi perspektivinə dair imkanları alqışlamaq, İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) ilə konkret fəaliyyətləri həyata keçirməklə Avropa Şurasının standart və dəyərləri əsasında mədəniyyətlərarası dialoqun dəstəklənməsi üzrə gələcək planları nəzərə almaq daxildir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO