Azərbaycanın universitetlərində dövlət atrubutları ilə bağlı layihə həyata keçiriləcək


Türkiyə Universitetləri Məzunlarının İctimai Birliyi Azərbaycanın universitetlərində dövlət atrubutları ilə bağlı layihə həyata keçirəcək.
Trend-in məlumatına görə, bununla əlaqədar çərşənbə günü Trend Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində keçirilən tədbirdə çıxış edən Türkiyə Universitetləri Məzunlarının İctimai Birliyinin sədri Cingiz Bayramov bildirib ki, layihənin məqsədi Azərbaycanın gələcəyi olan gənclərin dövlət atrubutlarına- bayraq, gerb və himnə olan sevgisini artırmaq, onlara vətənpərvərlik hissləri aşılamaqdır. Layihə Azərbaycanın bütün dövlət və özəl universitetlərində tədris ilinin sonuna kimi həyata keçiriləcək. Layihə çərçivəsində hər ali məktəbdə 2 gün ərzində dövlət atrubutları ilə bağlı konfranslar keçiriləcək.
Gənclərin dövlət atributlarına qarşı sevginin olmasını vacib sayan Bayramovun sözlərinə görə, gənclərimiz sosial şəbəkələrdə dövlət atrubutları ilə bağlı məlumatlar yerləşdirməli, müzakirələr aparmalıdır.
“Bu gün biz küçədə himn çalınarkən gənclərin 1 dəqiqəlik də olsa sakit dayanaraq onu dinləmələrini istəyirik. Biz dövlətin atributlarını hər şeydən uca tutmalıyıq”,-Bayramov əlavə edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO