Azərbaycanın solçu partiyası müxalifətin vahid namizəd məsələsini mümkünsüz sayır

Solçu Azərbaycan Sosial-Demokrat Partiyası (ASDP) qarşıdan gələn prezident seçkilərində müxalifətin vahid namizədlə iştirakını mümkünsüz sayır.
“Vahid namizəd olmayacaq, bunlar hamısı boş şeydir. Onların şəxsi ambisiyaları ağıllarından çoxdur”, – bu barədə Trend-ə ASDP sədri Araz Əlizadə deyib.
Bu baxımdan o qeyd edib ki, rəhbərlik etdiyi partiya heç bir siyasi blokda, birlikdə iştirak etməyəcək.
Partiya sədri seçkilərdə öz namizədləri ilə iştirak edəcəyini diqqətə çatdırıb.
“Biz qərara almışıq ki, prezident seçkilərində öz namizədimizlə iştirak edəcəyik. Namizədin kim olacağını hələ müəyyən etməmişik”, – Əlizadə deyib.
Əlizadənin sözlərinə görə, partiya qurultayının qərarına əsasən, əgər partiyanın namizədi qeydiyyata alınmasa, o zaman partiya üzvləri öz seçimlərində azaddırlar, yəni kimə istəyərlər, ona da səs verərlər.
“Hələlik biz imzanın necə toplanması, müşahidəçiliyin necə aparılması barədə treyninqlər keçirdirik”, – Əlizadə deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]humanrights-jwg.org

1905.az STUDIO